Nizami Kino Mərkəzində yanvarın 20-də gün ərzində rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filmi nümayiş olunacaq. Seansların vaxtı: 12.30, 15.15, 17.00. Seanslara giriş pulsuzdur.
Yanvarın 20-də “CinemaPlus” kinoteatrında da “Qanlı Yanvar” filmi pulsuz nümayiş etdiriləcək. Qeyd edək ki, “28 Cinema” kinoteatrı keçən ay adını dəyişərək “CinemaPlus” olub.
“Qanlı Yanvar” filmi Azərbaycanın müstəqillik tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edir. İki qardaşın - kommunist Nəcəf və inqilabçı Mehdinin hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası Xədicə dayanır. Baş rolları türkiyəli aktrisa Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar