“Söz” ədəbi layihəsinin 25 fevralda Beynəlxalq Muğam Mərkəzində keçiriləcək növbəti tədbiri Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunacaq.
Gecədə “Unutmadıq!” adlı bədii proqram təqdim ediləcək. Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş şeir müsabiqəsinin finalçıları şeirlər səsləndirəcək və xalq musiqilərindən parçalar ifa ediləcək.
“Xocalıya ədalət! Xalqın gücü birliyində və yaddaşındadır!” şüarı ilə gerçəkləşəcək tədbirə giriş sərbəstdir.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan layihənin məqsədi gənc istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılmasıdır.
LALƏ