Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Yasamal rayon 176 nömrəli orta məktəblə birgə 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Doğma dilim, ana dilim” adlı tədbir keçirib.
Kitabxananın şöbə müdiri Tamella Məmmədova, məktəbin tərbiyə işləri üzrə direktor müavini Palmira Nəbiyeva, digər çıxış edənlər əlamətdar günün tarixi və əhəmiyyəti, ana dilinin insanın mənəvi aləminin zənginləşməsində mühüm rolu barədə danışıblar. Bildirilib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə qeyd olunan gün hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Məktəbin şagirdləri Xəlil Rza Ulutürkün “Ana dilim”, Bəxtiyar Vahabzadənin “Ana dili”, Tofiq Bayramın “Öz ana dilini bilməyənlərə” şeirlərini söyləyiblər.
Sonda “Dilimiz varlığımızdır” adlı kitab sərgisinə baxış keçirilib.