Yanvarın 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Sabunçu rayonundakı 113 saylı orta ümumtəhsil məktəbində Milli Qəhrəman Yelmar Edilov haqqında “Vətən qeyrəti” sənədli filminin təqdimatı keçirildi. Ekran əsəri “Salnamə” sənədli filmlər studiyasında istehsal edilib.

Təqdimatda çıxış edən nazirliyin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə bildirdi ki, Milli Qəhrəmanlar haqqında "Salnamə" və "Yaddaş" studiyalarında dövlət sifarişi ilə ekranlaşdırılan filmlər Bakı və Sumqayıtda, Ağdam, Oğuz, Göyçay, Quba, Biləsuvar, Xaçmaz və digər rayonlarda ictimaiyyətə təqdim edilib. Nazirliyin sifarişi ilə bu silsilədən 40-dan artıq film çəkilib. Milli Qəhrəman Yelmar Edilov haqqında filmin rejissoru Emin Əfəndiyev, ssenari müəllifi Rəfiqə Məsuddur.
Məktəbin direktoru Rövşən Qasımov çıxış edərək bildirdi ki, şəhidlər bizim and yerimiz, iftixarımızdır. Onlar bizim yolumuzda öz canlarını qurban veriblər: “Milli Qəhrəmanlarımız haqqında sənədli filmlərin məktəbimizdə nümayişi yeniyetmələrdə vətənpərvərlik ruhunun daha da güclənməsinə xidmət edir. Sevindirici haldır ki, qəhrəmanlarımızın vətənpərvərlik hissləri filmlərə köçərək gələcək nəsillərə ötürülür”.
Direktor filmin təqdimatına görə kollektiv adından Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi.
Filmin nümayişindən sonra çıxış edən ssenari müəllifi Rəfiqə Məsud Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yolu haqqında şagirdlərə məlumat verdi. Bildirildi ki, Yelmar Şahmar oğlu Edilov 1946-cı ildə Ağdam rayonunda anadan olub. 1991-ci ildə Qarabağ müharibəsində iştirak edib, torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib. 1994-cü il aprelin 11-də həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Y.Edilova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar