Yanvarın 15-də “Azanfilm” cizgi filmləri studiyası “Mənim ideyam var!” cizgi filmləri üçün qısa və orijinal süjet müsabiqəsi elan edib.
“Azanfilm”dən bildirilib ki, animasiya sahəsinə gənc yaradıcı qüvvələrin cəlb olunması məqsədi daşıyan müsabiqənin şərtlərinə əsasən cizgi filmləri üçün süjetlər orijinal və ya xalq nağıllarının, əfsanə və dastanların motivləri əsasında işlənə bilər.
Aprelin 1-dək davam edəcək müsabiqəyə bir müəllif istənilən sayda süjet təqdim edə bilər. Müsabiqənin koordinatoru Səmayə Əsgərovadır. Ətraflı məlumatı azerbaijanfilm.az saytından almaq olar.
Qaliblər mayın 1-də elan olunacaq. Münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı süjet müəlliflərinin hər biri 500 manat məbləğində mükafatlandırılacaq. Qalib süjetlər əsasında çoxseriyalı cizgi filmlərinin istehsalı nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar