Kinoaktyor Ruslan Sabirlinin təsis etdiyi, Mədəniyyət Nazirliyinin, Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi və “Azercell” şirkətinin əsas tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı festivalda iştirak etmək üçün 8 addımı nəzərinizə çatdırırıq:
1. Online qeydiyyatdan keçin
Festivalın www.booktrailer.az saytına daxil olub iştirakçı kimi qeydiyyatdan keçin.
2. Sevdiyiniz kitabı seçin
İstədiyiniz azərbaycanlı yazıçının kitabını seçdikdən sonra buktreyleri hansı formada çəkəcəyinizi qərarlaşdırın: oyun (aktyorların iştirakı ilə); qeyri-oyun (aktyorların iştirakı olmadan); animasiya və ya qrafika (cizgi filmi).
3. Buktreylerin ssenarisini yazın
Bunun üçün kitabın ən maraqlı anlarını seçin. Unutmayın ki, buktreylerinizin maraqlı və baxımlı olması məhz ssenaridən asılıdır.
4. Buktreyleri hazırladığınız ssenari əsasında çəkin
Çəkiliş zamanı istənilən texnikadan, hətta kamerasının minimal ölçüsü 1080p Full HD (1920x1080) olan smartfonlardan da istifadə etməklə “Ən yaxşı mobil bukteyler” nominasiyasında iştirak edə bilərsiniz.
5. Çəkdiyiniz materialı montaj edin
Montaj zamanı saytımızda buktreylerlərə qoyulmuş tələblərlə diqqətlə tanış olun və riayət edin. Xronometraj: 3 dəq.
6. Montaj etdiyiniz materialın səs və musiqi tərtibatını işləyin
Musiqi seçimində diqqətli olun, bəzi musiqilərdən istifadə etdikdə müəllif hüquqlarının pozulması səbəbindən buktreyler sosial şəbəkələrdə yerləşdirilə bilmir.
7. Buktreylerinizi festivala göndərin
Buktreylerinizi www.wetransfer.com saytı üzərindən 1 aprel 2019-cu il tarixədək festival2019@booktrailer.az ünvanına göndərin.
8. Buktreylerinizi qeydiyyatdan keçirin və qalib olmaq şansını əldə edin
Saytımızda qeyd olunmuş “Buktreylerin qeydiyyatı” linkinə keçid etməklə oradakı məlumatları doldurun.
Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1000, 800 və 500 AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə 1000 AZN pul mükafatları gözləyir.
Buktreylerlərin son qeydiyyat tarixi: 1 aprel 2020-ci il.
Festival barədə ətraflı məlumatı www.booktrailer.az saytından və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:
Instagram: https://www.instagram.com/BooktrailerFest
Facebook: https://www.facebook.com/BooktrailerFest
Youtube: https://www.youtube.com/BooktrailerFest
Həmçinin, bütün suallarla bağlı e-mail vasitəsilə müraciət etmək mümkündür: festival2020@booktrailer.az