Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən film Cümhuriyyət tariximizə işıq salır

Yanvarın 22-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasimi keçiriləcək.

Layihənin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva, baş məsləhətçi tanınmış diplomat Ramiz Abutalıbovdur.
“Əbədi ezamiyyət” filmi Azərbaycan Xalq Cümhuriyyəti tarixinin taleyüklü dövrlərindən birinə işıq salır. Ekran əsəri 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə I Dünya müharibəsinin yekunlarına həsr olunmuş Paris sülh konfransına ezam olunan nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.
Nümayəndə heyətinin aylarla davam edən fəaliyyətinin nəticəsində 1920-ci ilin yanvarında dünya dövlətləri tərəfindən Azərbaycanın istiqlalı tanındı. Lakin bundan üç ay sonra Xalq Cümhuriyyəti süqut etdi.
Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video-foto çəkilişlər edilib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüş və söhbətlər lentə alınıb.

“Qərib məzarlar” kitab-albomu isə 1919-cu ildə Parisə ezam olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusudur.
Qeyd edək ki, “Əbədi ezamiyyət” Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir. “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı ilk sənədli film 2015-ci ilin mayında yerli televiziya kanalları vasitəsilə Azərbaycanda və “National Geographic” kanalı vasitəsilə 26 ölkədə nümayiş olunub.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar