“Əli bəy Hüseynzadə. Biblioqrafik monoqrafiya” adlı yeni kitab çapdan çıxıb.

Əsərin tərtibçi-müəllifi Bakı Dövlət Universitetinin (BDU) Biblioqrafiyaşünaslıq kafedrasının əməkdaşı, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı Vəzufə Xudiyevadır. Kitabın elmi redaktoru Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov və filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir.

XX əsr Azərbaycan-Türkiyə ictimai fikir tarixinin ən görkəmli nümayəndələrindən biri, maarifçi və yazıçı, publisist Əli bəy Hüseynzadəyə həsr olunmuş kitab onun həyatını, elmi-pedaqoji, ictimai-siyasi və təşkilati fəaliyyətini əks etdirən ilk biblioqrafik xarakterli monoqrafiyadır.

Monoqrafiyada mütəfəkkirin fəaliyyətinə dair 1890-2019-cu illərin biblioqrafik faktları əhatə olunub. Ümumilikdə 1396 mənbə, həmçinin Türkiyə arxivlərində saxlanan materiallar əlavələr şəklində verilib.