Martın 8-də Beynəlxalq Muğam Mərkəzində amerikalı caz ifaçısı Ronald Beykerin konserti olacaq.

Ronald Beyker (Baker) Ohayo ştatının Oberlin şəhərində konservatoriyanı bitirib. 1992-ci ildə Fransaya köçüb və tezliklə məşhurlaşıb. Caz sənətinə truba ifaçısı kimi başlayan Ronald Beyker vokalçı kimi də şöhrət qazanıb.

7 solo albomu ilə “Müasir cazın ən yaxşı albomları” sırasında yer alan ifaçı ilk dəfə Bakıda caz həvəskarlarının qarşısında çıxış edəcək.

Üslubunda cəsarətli eksperimentlər edən Beyker 1950-ci illərin cazına xas olan mürəkkəb emosional mesaj və harmoniya ilə çıxış edir. O, Amerika cazının Klifford Braun, Dizzy Gillespie, Nat King Cole kimi əfsanəvi ifaçıların davamçısıdır.