Fevralın 10-da Nizami Kino Mərkəzində növbəti qala-gecə coşqusu yaşanıb. Türkiyənin məşhur aktyorlarından Burak Özçivit və Aslı Enver rol aldıqları “Kardeşim benim” filminin təqdimatına qatılıblar. Kino mərkəzində türkiyəli sənətçiləri böyük pərəstişkar ordusu qarşılayıb. Sonra zala daxil olan aktyorlar tamaşaçılarla birlikdə filmi izləyiblər.
Film illərdir küsülü olan iki musiqiçi qardaşın həyatından bəhs edir. Onları bir araya gətirən isə atalarının vəfatıdır. Onlar son vəzifələrini yerinə yetirib öz yolları ilə getməyi planladıqları zaman atalarının vəsiyyəti hər şeyi dəyişir.
Rejissoru Mert Baykal olan filmdə baş rolları Burak Özçivit, Murat Boz və Aslı Enver oynayıblar.
Filmin nümayişindən sonra səhnəyə çıxan qonaqlar Azərbaycanı çox bəyəndiklərini, Bakıda gözəl qarşılandıqlarını deyiblər. Daha sonra mətbuat konfransı keçirən aktyorlar jurnalistlərin suallarını cavablandırıblar.
Qeyd edək ki, filmin baş rol ifaçılarından olan Murat Boz Bakıdakı qala-gecəyə qatılmayıb.
Xatırladaq ki, bu, Burak Özçivitin Bakıya ilk səfəri deyil. O, ötən il aktrisa Fahriye Evcenlə baş rolunu paylaşdıqları “Aşk sana benzer” filminin qala-gecəsində iştirak etmişdi.









Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar