57-ci Antalya “Qızıl portağal” Film Festivalı 3-10 oktyabr tarixində keçiriləcək.
Antalya Böyükşəhər Bələdiyyəsindən verilən məlumata görə, bədii, sənədli və qısametrajlı film nominasiyaları üzrə gerçəkləşəcək festivalın milli proqramına 1 noyabr 2019-cu il tarixdən sonra tamamlanmış, açıq kommersiya və ya xüsusi nümayişi olmamış, həmçinin ölkə daxilində festivala qatılmamış yerli ekran əsərləri buraxılacaq.
Festivalın milli proqramının mükafat fondu 860 min türk lirəsidir. Festival çərçivəsində ölkədə film sənayesinin inkişafını dəstəkləməyi, Türkiyədən layihələr üçün ortaq istehsal imkanlarını artırmağı, Türkiyə və beynəlxalq film sənayesi arasındakı əlaqələri gücləndirməyi qarşıya məqsəd qoyan Antalya Film Forumu da keçiriləcək.
Mehparə SULTANOVA
Ankara