İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib
Mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq milli, xarici və ya müştərək bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi və başqa janrlarda çəkilmiş filmlərin qanunsuz nümayişi, pornoqrafiya və zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması, tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmalı və filmlərin dövlət reyestrinə daxil edilməlidir.
İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsinə əsasən kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan ölkə ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə 2 min manat miqdarında cərimə tətbiq edilir.
Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 92-VQD nömrəli Qanununun tətbiqi barədə 27 yanvar 2016-cı il 753 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi baxır.
Respublika ərazisində yayımının və kütləvi nümayişinin həyata keçirilməsi nəzərdə tutulan filmlərin Mədəniyyət və Turizm Nazirliyində qeydə alınması və dövlət reyestrinə daxil edilməsi tövsiyə olunur.