Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “Gazelli” İncəsənət Evində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb.

“The New Verge” (“Yeni hüdud”) adlanan sərgidə görkəmli rəssam Əşrəf Murad və Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun əsərləri nümayiş olunur.

Tədbiri giriş sözü ilə açan “Gazelli” İncəsənət Evinin direktoru Mila Əsgərova Azərbaycanın incəsənət xadimlərinin Britaniyada tanıdılmasının vacibliyini vurğulayıb.

Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Londonda belə sərginin keçirilməsindən məmnunluq duyduğunu ifadə edib.

Tədbirdə ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, xarici qonaqlar iştirak ediblər.

Sərgi aprelin 4-dək davam edəcək.