ABŞ-ın Nyu-York şəhərində keçirilən 23-cü Sephard yəhudi film festivalında ölkəmiz də ilk dəfə təmsil olunub. Festivalda rejissor Rüfət Əsədovun “Kənddə sonuncu yəhudi” filmi göstərilib.
ABŞ və Avropa ölkələrində nümayiş olunmuş ekran əsəri bu festivalda da böyük maraqla qarşılanıb. Mətbuat konfransında çıxış edən rejissor Rüfət Əsədov bildirib ki, Azərbaycanda bir çox etnik və milli azlıqlar kimi, yəhudilərin də bütün milli və insani hüquqları dövlət səviyyəsində qorunur və film də ölkəmizdə yəhudi xalqının dəyərlərinə hörmətin təzahürüdür.