Fevralın 19-da Nizami Kino Mərkəzində yapon filmləri həftəsinin açılışı oldu. Mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi çıxış edərək fevralın 23-dək davam edəcək kino günlərində beş filmin nümayiş olunacağını bildirdi. Qeyd etdi ki, nümayiş olunacaq ekran əsərlərindən ikisi yapon animatorları Hayao Miyazaki və Makoto Şinkayin dünyada populyarlıq qazanmış animasiya filmləridir.
Ölkəmizdə yapon filmləri həftəsinin ənənə halını aldığını deyən səfir bu il filmlərin Azərbaycan dilində alt yazısı ilə təqdim olunduğunu diqqətə çatdırdı. Onu da əlavə etdi ki, H.Miyazakinin “Kikinin çatdırma xidməti” animasiyasını mart ayının əvvəlində Şəki və İsmayıllı tamaşaçıları da Azərbaycan dilində subtitrlə izləyə biləcəklər.
Tsuquo Takahaşi yapon filmləri həftəsinin gerçəklənməsində səfirliyə köməklik göstərdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə, Nizami Kino Mərkəzinə və yapon.az saytına təşəkkürünü bildirdi.
Sonra rejissor Makoto Şinkayin çəkdiyi “Söz bağçası” adlı animasiya filmi nümayiş olundu. 46 dəqiqəlik filmdə yapon səhnələri gözəl animasiya şəklində əksini tapıb.
Qeyd edək ki, həftə çərçivəsində fevralın 20-də “Kikinin çatdırma xidməti”, 21-də “Nabinin sevgisi”, 22-də “Yay gecəsində yuxu”, fevralın 23-də isə “Xoşbəxtlik çörəyi” filmləri təqdim edilib.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar