Martın 9-da Rusiyanın “Birinci kanalı” (1TV) çoxdan gözlənilən premyeranın – “Maqomayev” bədii serialının nümayişinə başlayıb. Televiziya serialı dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin həyat və sənət yolu haqqındadır.

Rejissorlar Dmitri Tyurin və Roman Prıqunovun quruluş verdikləri ekran əsərində Maqomayevi serbiyalı aktyor Miloş Bikoviç oynayır. Maqomayevin həyat yoldaşı – opera müğənnisi Tamara Sinyavskaya rolunda rusiyalı aktrisa, “Miss Rusiya 2010” müsabiqəsinin qalibi İrina Antonenko çəkilib.

Filmin məsləhətçisi SSRİ Xalq artisti Tamara Sinyavskayadır. Çəkilişlər Bakıda, Rusiyanın Moskva və Zelenoqrad şəhərlərində aparılıb. Səkkiz bölümdən ibarət bədii serialda Müslüm Maqomayevlə Tamara Sinyavskayanın tanışlığı və sevgi hekayətinə xüsusi yer ayrılıb.

SƏBİNƏ