Azərbaycanda yəhudi irsi üzrə yaradılan marşrut və görülən işlər, eləcə də bu turizm məhsulunun təbliğatı İsrail hökuməti tərəfindən yüksək qiymətləndirilir.
İsrailin Azərbaycandakı səfiri Corc Dik bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə görüşündə bildirib.
Agentlikdən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında turizm sahəsində mümkün əməkdaşlıq istiqamətləri, cari il ərzində hər iki ölkədə turizm sektoru üzrə baş tutacaq beynəlxalq tədbirlər müzakirə edilib. Azərbaycan və İsrail arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi də aparılıb.