Prezident İlham Əliyev martın 11-də böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin Bakı şəhərində abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
***
Prezident İlham Əliyev martın 12-də Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin Bakı şəhərində abidəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət Nazirliyi ilə birlikdə abidənin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hər iki sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.