Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilib.
2019-cu il ərzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən paytaxtımızda və regionlarda, o cümlədən Lənkəran Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında, Gəncə Dövlət Universitetində, Bakı Humanitar Kollecində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Turizm və Menecment Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında könüllülərlə bağlı müxtəlif görüş və maarifləndirici tədbirlər keçirilib.
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin görülməsi məqsədilə mart ayının 27-dək bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması və kütləvi tədbirlərin təxirə salınmasına dair qəbul edilmiş qərara uyğun olaraq, MEMİM-in könüllülərlə bağlı tədbirləri aprel ayına qədər təxirə salınıb.