Yaponiya alimləri smartfon və kompüterlərdən çox istifadənin beyinin yorulması ilə nəticələnərək depressiyanın inkişafına səbəb olacağı qənaətinə gəliblər.
“Okumura” yaddaş klinikasının direktoru Ayumi Okumuranın sözlərinə görə, son illər yaddaş pozğunluğu diaqnozu qoyulan insanların sayı artıb. Bu problem daha çox 30-60 yaşlı xəstələr arasında aşkarlanıb. Onun sözlərinə görə, böyük həcmli informasiya ilə yüklənən telefon və kompüterlərdən çox istifadə insanların beyninə mənfi təsir göstərir.
Alimlər tərəfindən kompüterdə işləyərkən və ya televizora baxarkən, eləcə də qida qəbulu zamanı smartfonlardan istifadə etməmək tövsiyə edilir. Bundan başqa, daha çox yatmaq məsləhət görülür, çünki yuxu zamanı beyin dincəlir və bərpa olunur.