Xarici ölkələrdəki diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin dünyada yayılması və mədəniyyətimizin təbliğinə xüsusi diqqət ayırırlar. Niderland Krallığında fəaliyyət göstərən “Odlar yurdu” Azərbaycan-Niderland cəmiyyəti də bu istiqamətdə müxtəlif tədbirlər təşkil edir.

Baharın gəlişi münasibətilə cəmiyyətin təşkil etdiyi növbəti konsert Drenthe vilayətinin Assen şəhərində reallaşıb.

Konsert “Odlar yurdu” cəmiyyətinin sədri Firəngiz Bağırova və Klankrjk Drenthe musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilib. Proqramda Azərbaycan bəstəkarlarının əsərləri Klankrjk Drenthe musiqi məktəbinin şagirdləri tərəfindən ifa edilib.

Sonda Azərbaycan musiqisinə göstərdikləri maraq və təqdimata görə musiqi məktəbinin müəllim və şagirdlərinə sertifikatlar verilib.