Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin Novruz bayramı ərəfəsində başlatdığı “DOST xonçası” aksiyasında Mədəniyyət Nazirliyinin idarə və müəssisələri də iştirak edir.
Sumqayıt Regional Mədəniyyət İdarəsi də bu kampaniyaya qoşulub. İdarənin və tabe müəssisələrinin əməkdaşları tənha, ahıl insanları, eləcə də yardıma ehtiyacı olan ailələri evlərində ziyarət edərək onlara “DOST xonçası”nı təqdim ediblər.
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Bərdə rayon Mədəniyyət Mərkəzinin Kətəlparaq kənd Folklor evinin əməkdaşları və mədəniyyət konüllüləri də “DOST xonçası” aksiyasında iştirak ediblər. Folklor evinin əməkdaşları bir neçə ailəyə bayram xonçası aparıblar. Bu kampaniya çərçivəsində regional idarənin rəhbərliyi idarənin əməkdaşları ilə birlikdə Milli Qəhrəman Tabil Həsənovun ailəsini də ziyarət ediblər.
Aksiyanın məqsədi tənha və ahıl insanları ziyarət etmək, cəmiyyətdə ahıllara diqqət və qayğını, nəsillərdən nəsillərə ötürülən el adət-ənənəsini bir daha diqqətə çatdırmaqdır.