Milli kinematoqrafda ilk qorxu filmi

Martın 3-də Nizami Kino Mərkəzində “Şər qarışanda” milli filminin qala-gecəsi keçiriləcək. Oksana Rəsulovanın rəhbərlik etdiyi “Oksimediya” prodakşn şirkətinin qorxu janrında lentə aldığı filmin rejissoru Samir Kərimoğlu, operatoru Nadir Mehdiyevdir.
Film 24 il əvvəl manyak tərəfindən qəddarcasına qətlə yetirilmiş doqquz yeniyetmədən bəhs edir. Hadisədən illər keçməsinə baxmayaraq, dəhşət hələ davam edir...
Baş rolları aktyorlar Ramiz Novruz, Qurban İsmayılov, İlhamə Qasımova, Şəhriyar Əbilov, Kəmalə Piriyeva canlandırıblar.
Oksana Rəsulova indiyədək Azərbaycanda bu janrda film çəkilmədiyini və kinolentin ilin səs-küylü ekran əsəri olacağına əmin olduğunu söyləyib. Filmin Azərbaycan üzrə distributoru “AF Media” şirkətidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar