Leonardo Di Kaprio arzusuna çatdı
Fevralın 28-də Los Ancelesdəki “Dolbi” teatrında 88-ci “Oskar” mükafatının təqdimat mərasimi keçirilib. Bu dəfə mərasimdə sürpriz yaşanmayıb. Mükafatın laureatları ilə bağlı proqnozlar əsasən özünü doğruldub.
Tom Makkartinin “Diqqət mərkəzində” (“Spotlight”) filmi Amerika Kino Akademiyası tərəfindən “Ən yaxşı film” mükafatına layiq görülüb. Bu film, həmçinin ən yaxşı adaptasiya olunmuş ssenari nominasiyasında da “Oskar” mükafatı alıb.
Meksikalı rejissor Alexandro Qonsales İnyarritu (“Sağ qalan” filmi) “Ən yaxşı rejissor işi” nominasiyasında qalib olub.
Hamının gözlədiyi və sahibinin kim olacağına demək olar ki, şübhə qalmayan mükafat da ünvanına çatıb. Amerikalı kino ulduzu Leonardo Di Kaprio “Sağ qalan” filmindəki roluna görə ilk dəfə “Ən yaxşı aktyor” nominasiyasında “Oskar”a layiq görülüb. Qeyd edək ki, Di Kaprio bundan öncə beş dəfə “Oskar” mükafatının nominantı olsa da, hər dəfə bəxt ondan üz döndərib.
Amerika Kino Akademiyasının versiyasına görə, “Ən yaxşı aktrisa” nominasiyasında qalib “Otaq” filmində rol alan Bri Larson seçilib.
Macar rejissoru Laslo Nemeşin “Saulun oğlu” filmi “Ən yaxşı xarici film” kateqoriyasında “Oskar” əldə edib.
Bəstəkar Ennio Morrikonenin “The Hateful Eight” filminə yazdığı musiqi “Ən yaxşı saundtrek” seçilib.
Əsasən texniki nominasiyalar hesabına ən çox “Oskar” alan ekran əsəri isə Tom Hardi və Çarliz Teronun baş rolda oynadıqları “Ağılsız Maks” filmi olub. Film 6 nominasiyada mükafat alıb.
“Ən yaxşı sənədli film" adını "Amy", "Ən yaxşı qısametrajlı film" adını isə “The Look of Silence" ekran əsərləri qazanıb. “Ən yaxşı animasiya” filmi nominasiyasının qalibi isə “Inside Out” filmi seçilib.