2020-ci ilin 14-18 oktyabr tarixində Bakı və Şəki şəhərlərində III “Animafilm” Beynəlxalq Animasiya Festivalının keçirilməsi nəzərdə tutulub.

Layihənin təşkilatçıları builki festivalda münsif heyətində uşaqlara da yer ayırmaq niyyətindədir. Belə ki, müsabiqə  proqramında “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyalar üzrə qalibləri 5-10 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək.

Festival Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Çex Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın ölkəmizdəki səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, Nizami Kino Mərkəzi və digər tərəfdaş və sponsorların dəstəyi ilə keçiriləcək.