Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş “Filmin bədii həlli haqqında düşüncələr” kitabının müəllifi Zaur Mükərrəm, baş redaktoru Samirə Bektaşidir.
Kitabın əsas ideyası kino sənətini yaşatmaq, bu sahədə professionallıq və peşəkarlığı, sənətə maraq və sevgini artırmaqdır. 15 bədii filmin quruluşçu operatoru, 60-a yaxın sənədli filmin rejissoru, operatoru, ssenari müəllifi olan Zaur Mükərrəm bu kitabında kinooperatorluq peşəsinin texnikası və sirlərindən bəhs edib.
“Şərq-Qərb” nəşriyyatında işıq üzü görən kitab kütləvi kitabxanalara paylanılacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar