Martın 14-də Varşava şəhərində Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” sənədli filmlər studiyasında dövlət sifarişi ilə çəkilmiş “Polkovnik” sənədli filminin nümayişi keçiriləcək.
Film çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Polşa ordularında xidmət edərək bir çox orden və medallarla təltif edilmiş azərbaycanlı polkovnik Vəli bəy Yadigarın həyat və fəaliyyətindən bəhs edir. Ekran əsərinin rejissoru Tahir Əliyev, ideya müəllifi Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli, prodüseri Nazim Hüseynovdur.
Filmin çəkilişləri Azərbaycan, Gürcüstan və Polşada aparılıb.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun köməkliyi ilə çəkilən filmin təqdimatında filmin rejissoru Tahir Əliyev iştirak edəcək.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar