Çində koronavirus böhranı nisbətən zəiflədiyindən Böyük Çin səddinin turistlər üçün olan hissələri yenidən fəaliyyətə başlayır.

Səddin paytaxt Pekindən keçən hissəsinin turistlərin ziyarəti üçün nəzərdə tutulan Cuyonquan bölməsi, habelə Min sülaləsi (1368-1644-cü illər) imperatorlarının və ailə üzvlərinin məzarları olan məbəd təxminən 2 aylıq fasilədən sonra yenidən ziyarət üçün qismən açılıb. Həmin yerlərə giriş COVİD-19 infeksiyası ilə əlaqədar xüsusi profilaktik və nəzarət tədbirləri çərçivəsində mümkündür. Əvvəlcədən onlayn qaydada bilet bron etmiş turistlər səddə və məbədə girərkən onların bədən hərarəti ölçülür. Bundan başqa, turizm obyektlərinin iş vaxtı pandemiyadan əvvəlki dövrlə müqayisədə daha qısadır.

Obyektlərin administrasiyası epidemiya ilə mübarizəyə verdikləri töhfələrə görə ölkənin bütün tibb işçilərini il ərzində ödənişlərdən azad etmək qərarına gəlib.

CAVİD