Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) iki ildən çoxdur “Mədəniyyət naminə elm” layihəsini reallaşdırır. Bu müddətdə 40-dan çox ali təhsil, elm, mədəniyyət müəssisəsində, muzey və ev-muzeylərində layihə üzrə seminarlar keçirilib.
Xüsusi karantin rejimi ilə bağlı yaranmış şərait nəzərə alınaraq MEMİM “Facebook” və digər sosial şəbəkələr vasitəsilə yerli və xarici tanınmış alimlərin müxtəlif mövzulara həsr olunmuş mühazirələrini ictimaiyyətə təqdim edir.
Virtual formatda davam edən “Mədəniyyət naminə elm” layihəsinin mühazirələri fəlsəfə, mədəniyyət və ailə, bədii təhsil və müasir tendensiyalar, Azərbaycan mədəniyyətin tarixi, abidələr, mədəniyyət siyasətinin xüsusiyyətləri, ədəbiyyat, milli mədəniyyətin təbliğində gənclərin rolu, kreativ səriştələr və digər maraq doğura biləcək mövzuları əhatə edəcək. Mühazirələr zamanı virtual formatda mövzu ilə bağlı açıq müzakirələr də təşkil olunacaq.