Polşanın paytaxtı Varşavadakı İstiqlaliyyət Muzeyinin Apoloniya kino zalında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Salnamə” studiyası tərəfindən çəkilmiş “Polkovnik” sənədli filminin təqdimatı keçirilib.
Azərbaycanın Polşadakı səfirliyindən bildiriblər ki, filmin nümayişindən əvvəl muzeyin direktor müavini xanım Yolanda Dombek çıxış edərək Vəli bəy Yadigar haqqında məlumat verib.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov səfirlik tərəfindən həyata keçirilən layihələr haqqında danışıb, polyak dilində 38 adda kitabın nəşr edildiyini diqqətə çatdırıb. Bu kitablardan biri də “Vəli bəy Yadigar, azərbaycanlı, Polşa ordusunun polkovniki” kitabıdır.
7-ci Süvari Polku Muzeyinin direktoru Leşek Çeley Vəli bəy Yadigarın Polşa hərbi tarixində unudulmaz iz qoyduğunu deyib, muzeydə azərbaycanlı zabitə aid bir çox əşyaların yer aldığını bildirib.
Filmin rejissoru Tahir Əliyev ekran əsərinə ilk ictimai baxışın dünya kinosunun tarixi mərkəzlərindən olan Varşavada keçirilməsinin sevindirici olduğunu vurğulayıb. O, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə, “Salnamə” studiyasına və Azərbaycanın Polşadakı səfirliyinə filmin ərsəyə gəlməsində verdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Təqdimatda Polşa Xarici İşlər, Müdafiə nazirliklərinin, müxtəlif muzeylərin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda rejissor Tahir Əliyev səfirlik tərəfindən Azərbaycan-Polşa diplomatik əlaqələrinin 540 və bərpasının 20 illiyi münasibətilə təsis edilmiş xatirə medalı ilə təltif edilib. Filmin ideya müəllifi Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli, prodüseri Nazim Hüseynovdur.