COVİD-19 pandemiyası ilə bağlı elan edilmiş karantin şəraitində dünyanın bir çox ölkələrində mədəni irs və incəsənət aləmi virtual rejimdə fəaliyyət göstərməyə məcburdur. Misirin Mədəniyyət, Turizm və Qədim Abidələr nazirlikləri sosial şəbəkələrdə və öz rəsmi saytlarında konsertlər və səyahətlər təşkil edirlər.

Misirin Mədəniyyət Nazirliyi özünün “Youtube” kanalında Yaxın Şərqin ən tanınmış opera müğənnisi, mərhum Ümm Gülsümün ifa etdiyi ariyalardan ibarət konserti, canlı yayımda müasir incəsənət ustaları Fərrah Dibani, Əli Həqqar, Angham və digərlərinin çıxışlarını təqdim edib. Turizm və Qədim Abidələr Nazirliyi öz “Youtube” kanalında hər kəsi qədim Misir abidələrinə, arxeoloji məskənlərə və muzeylərə pulsuz virtual ekskursiyaya dəvət edir.

Türkiyədə isə müğənnilər “Evdə qal” kampaniyası çərçivəsində distant konsertlər verirlər. Konsertlərdə hər gün bir ifaçı olmaqla ümumilikdə 40 tanınmış sənətçi iştirak edəcək.

Hər axşam yerli vaxtla 21:15-də “Youtube” şəbəkəsində yayımlanan konsertdən əvvəl müğənnilər tamaşaçılarla söhbət edirlər.

SƏBİNƏ