Venesuelanın “Papel Literario” qəzeti Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb.

Tərcümə Mərkəzindən bildirilib ki, Əli Kərim, Ramiz Rövşən, Vaqif Bayatlı, Vaqif Səmədoğlu, Musa Yaqub kimi tanınmış Azərbaycan şairlərinin ispan dilinə tərcümə edilmiş şeirləri qəzetin “Dünya ədəbiyyatı” səhifəsində dərc olunub. Buraxılışın elektron versiyası sosial şəbəkələr və elektron poçt vasitəsilə Kolumbiya, Peru, Uruqvay kimi ispandilli ölkələrdə geniş yayımlanıb.