Sənədli fotojurnalistika mövzusunda “Qlobal Sülh Foto Mükafatı” (Global Peace Photo Award) müsabiqəsi elan edilib.

Müsabiqə foto işlərində sülh və əmin-amanlıq içində yaşayan bəşəriyyətə çağırış edən, gözəllikləri və mərhəmət hisslərini aşılayan fotoqrafları üzə çıxarıb onları daha da tanıtmaq məqsədi daşıyır.

Ən yaxşı 5 fotoqraf “Alfred Fried” sülh medalı ilə təltif ediləcək. İlin “Sülh fotoşəkli” 10000 avro məbləğində mükafat qazanacaq. Qalib gələn foto 1 il ərzində Avstriya Parlamentinin binasında ekranda nümayiş etdiriləcək və parlamentin incəsənət kolleksiyasına daxil ediləcək.

Qaliblərin mükafatlandırılması sentyabrın 17-də Vyanada, Avstriya Parlamentində keçiriləcək.

“Qlobal Sülh Foto Mükafatı” müsabiqəsi dünyanın istənilən yerindən olan bütün fotoqraflar üçün açıqdır. Daha ətraflı məlumatı friedaward.com ünvanından əldə etmək olar.