Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 14-də yayılan məlumatına görə, ölkəmizdə 49 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1933-cü il təvəllüdlü vətəndaş vəfat edib.
Aprelin 14-nə olan məlumata əsasən, Azərbaycanda 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 351 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.