Yeni sənədli filmin təqdimatı keçiriləcək

Aprelin 15-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, “bp-Azərbaycan” şirkəti, “Azərbaycanfilm” kinostudiyası və “Studio Tor 1 Filmproduktion” (Berlin, Almaniya) studiyasının birgə layihəsi olaraq ərsəyə gələn “Sarılar - Qarabağ atının izi ilə” adlı yeni sənədli filmin təqdimatı keçiriləcək.
Beynəlxalq yaradıcı heyət tərəfindən çəkilmiş film dünyada az sayda qalmış nadir cins atlardan olan Qarabağ atlarının daha geniş tanıdılması məqsədi daşıyır. Ekran əsərinin əsas xəttini 1956-cı ildə Britaniya kraliçası II Yelizavetaya hədiyyə edilmiş “Qızılı oğlan” adlı Qarabağ atının nəsil davamçılarının axtarışı təşkil edir.
Avropadan keçməklə Qafqaz dağlarının ətəklərinədək çox uzun və təsirli bir səyahətə çevrilən bu axtarış həmin Qarabağ atının nəslinin davamçılarını, xüsusilə də ona bənzəyən “II Qızılı oğlan”ı öz vətəni Azərbaycanda tapmaqla nəticələnir. Film insanların və onların dostu olan heyvanların bir-birinə, həm də öz torpaqlarına sıx bağlılığı mövzusunu bir daha gündəmə gətirir.
bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib: “Bu film insanların heyvanları öz həyatlarının, ən başlıcası isə öz mədəniyyətlərinin bir parçası kimi qəbul etmələri haqqında təsirli bir hekayədir. Biz bp şirkəti olaraq mədəni irsə dəstək verməyi sosial fəaliyyətimizin əsas sahələrindən biri kimi seçmişik. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi biz bu mühüm sosial inkişaf sahələrinə sərmayə qoymaqda davam etmək niyyətindəyik”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar