Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 16-na olan məlumatına görə, Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına daha 30 yoluxma faktı qeydə alınıb. 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Məlumatda deyilir ki, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Onlardan 1946-cı il təvəllüdlü şəxsin xronik ürək çatışmazlığı, 1961-ci il təvəllüdlü digər şəxsin isə limfoleykoz xəstəliyi olub.
Ümumilikdə aprelin 16-dək ölkəmizdə 1283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib. 808 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.