Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə yeni kinoalmanaxın çəkilişləri üçün qısametrajlı bədii film ssenari müsabiqəsi elan edir.
Kinostudiyadan bildirilib ki, “Motivlər 3” ssenari müsabiqəsinə istənilən janrda, qısametrajlı bədii filmin çəkilişləri üçün nəzərdə tutulmuş və müəllifin orijinal işi olan ssenarilər qəbul olunur. Bir müəllif istənilən sayda ssenari təqdim edə bilər. Ssenarilərin qəbulu aprelin 11-dən başlayaraq iyunun 11-dək davam edəcək.
Müsabiqədə 35 yaşadək olan müəlliflər iştirak edə bilər. Müəlliflərə ssenariləri təqdim etməzdən öncə Müəllif Hüquqları Agentliyində qeydə almaq tövsiyə olunur. Hər hansı bir istehsal mərhələsində olan ssenarilər müsabiqəyə qəbul olunmur.
Müsabiqə qaliblərinin adları avqustun 2-dək elan olunacaq.
Ətraflı məlumatı “Azərbaycanfilm” kinostudiyasının saytından (www.azerbaijanfilm.az) əldə etmək olar.
Qeyd edək ki, 2015-ci ildə istehsal olunan “Şəhər motivləri 4.1” kinoalmanaxı Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olub. Dörd gənc rejissorun lentə aldığı “40-cı paraleldə” adlı növbəti kinoalmanaxın istehsalı isə 2016-cı ildə tamamlanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar