Braziliya paytaxtında Heydər Əliyev Fondunun və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, ölkəmizin Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə portuqal dilinə tərcümə olunmuş Azərbaycan sənədli və bədii filmlərindən ibarət kino həftəsi keçirilib.

Səfirlikdən bildiriblər ki, Brazilia şəhərində ölkə Milli Bankının Mədəniyyət mərkəzində aprelin 6-dan 11-dək davam edən kino həftəsi çərçivəsində “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi, “Arşın mal alan”, “Nabat”, “Çölçü”, “Təhminə” və “Axınla aşağı” bədii filmləri nümayiş etdirilib.
Mədəniyyət mərkəzi tərəfindən tədbirin əsas filmi kimi Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş, Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi seçilib.
Aprelin 7-də həmin sənədli filmin təqdimatı keçirilib.
Tədbirin əvvəlində səfir Elnur Sultanov çıxış edərək sənədli filmin faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunduğunu deyib. Bildirib ki, filmin çəkilməsində məqsəd Azərbaycan xalqının bu Qələbədə rolunu, Bakı neftinin strateji əhəmiyyətini bütün dünyaya göstərmək, tarixi həqiqəti indiki və gələcək nəsillərə çatdırmaqdır. Çəkilişləri 14 ay davam edən sənədli filmin üzərində iş zamanı bir sıra ölkələrin arxivlərində çoxsaylı sənədlər araşdırılıb və filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından - neft uğrunda savaş prizmasından baxılıb.
Filmin aktual xarakter daşıdığını bildirən səfir dünyanın müxtəlif yerlərində zorakılığın, qaçqın böhranı və digər neqativ halların davam etdiyini söyləyərək ölkəmizin 20 faiz torpaqlarının Ermənistan tərəfindən 20 ildən artıqdır işğal olduğunu qonaqların diqqətinə çatdırıb.
Yerli ictimaiyyətin və Braziliyada akkreditə olunan diplomatik korpus nümayəndələrinin izlədiyi film böyük maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar