Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən başladılan “Evdə qal – qalib gəl” layihəsi davam edir. Layihə çərçivəsində rəssam Vüqar Əlinin görkəmli bəstəkar Qara Qarayevə həsr etdiyi portret sənətsevərlərə təqdim edilib.

Rəssam Vüqar Əli layihəyə yaradıcılıq prosesini əhatə edən ustad dərsi ilə qoşulmuş, daha sonra 1998-ci illərə aid Bakı kəndlərini təsvir edən etüdlərini təqdim etmişdi.

Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial şəbəkə səhifələri üzərindən təqdim edilən “Evdə qal – qalib gəl” layihəsi, pandemiya dövründə rəssamları bir araya toplamaqla yanaşı, müxtəlif aksiyalar, Azərbaycan təsviri sənətini əhatə edən mühazirələrlə də maraq doğurur.

Qalereyanın “İnstagram” sosial şəbəkəsində izləyici sayı 5000 nəfəri keçib. Azərbaycan Dövlət Rəsm Qalereyası rəssamları virtual layihəyə qoşulmağa dəvət edir.

Facebook: ADRQalereya.az

İnstagram: @azgallery.az