Tehranda “Biz koronavirusa qalib gələcəyik” mövzusunda onlayn beynəlxalq karikatura sərgisi keçirilib.

Sərginin təşkilatçılarına 88 ölkədən 4 min 200 karikatura göndərilib. Göndərilən əsərlər sərginin saytında nümayiş olunur.

Sərginin katibi Məsud Təbabəbayi bildirib ki, sərgiyə Türkiyə, Azərbaycan, Çin, Rusiya, Serbiya, Ukrayna, Hindistan, İndoneziya və Braziliyadan rəssamlar qatılıb. Göndərilən bütün karikaturalar istisnasız olaraq saytda yerləşdirilib.