Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal – qalib gəl!” layihəsi çərçivəsində virtual təqdimatları davam etdirir. Layihə üzrə aprelin 20-də təqdim olunan növbəti virtual sərgi “Yenə o bağ olaydı” adlanır.

Sərgidə qalereyanın kolleksiyasından görkəmli rəssamların əsərləri yer alıb.

Sənətsevərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial şəbəkə səhifələrindən Səttar Bəhlulzadə, Rasim Babayev, Davud Kazımov,  Böyükağa Mirzəzadə, Asəf Cəfərov, Lətif Feyzullayev, Tahir Salahov, Elmira Şahtaxtinskaya, Toğrul Nərimanbəyov  kimi rəssamların əsərləri ilə virtual şəkildə tanış ola bilərlər.