Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsi də koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə reallaşan tədbirlərdə iştirak edir.
Sosial izolyasiya rejiminin ilk günlərindən MİHİ Respublika Komitəsi tərəfindən şəhər, rayon komitələrinə elektron poçt vasitəsilə sirkulyar məktub göndərilərək (COVİD-19) virusunun törətdiyi fəsadların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi tapşırılıb. Eyni zamanda təşkilatlarda dezinfeksiya işləri aparılıb, imkansız olan ittifaq üzvlərinə ərzaq məhsulları, qoruyucu vasitələr paylanılıb, yaşı 65-dən yuxarı olan imkansız işçilərə maddi yardımlar verilib, Koronavirusla Mübarizəyə Dəstək Fonduna MİHİ RK-nın xidmətində olan təşkilatlar tərəfindən vəsait köçürülüb.
MİHİ Respublika Komitəsi Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat” aksiyasına da qoşularaq, musiqi məktəblərində onlayn qaydada dərslərin keçirilməsi üçün lazımi köməklik göstərib.