Aprelin 22-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən ilk Buktreyler Festivalının nəticələri açıqlanacaq.
Layihənin təsisçisi, aktyor Ruslan Sabirli bildirib ki, festivala 25 iş göndərilib: “Onların arasında İtaliya, Fransa və Bolqarıstandan da işlər var idi. Sevindirici haldır ki, Azərbaycanda ilk dəfə baş tutan bu festivalın sorağı artıq dünyaya da səs salıb. Lakin festival beynəlxalq tədbir olmadığı üçün biz o işləri qəbul edə bilmədik və beləliklə münsiflər heyətinə qiymətləndirmək üçün 21 iş verildi. Artıq münsiflərin qiymətləndirməsi tamamlanıb. Qaliblər Nizami Kino Mərkəzində elan ediləcək”.
Buktreyler - bədii əsərin ən parlaq və yaddaqalan anlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmdir. Festivalın məqsədi kitab və mütaliənin təbliği, mütaliəyə münasibətdə yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar