Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başlatdığı #senetinledestekle çağırışına dünyanın müxtəlif ölkələrində yaşayan və Azərbaycan musiqisini uğurla təmsil edən ifaçılarımız da qoşulmaqda davam edirlər.
İdarədən bildirilib ki, aprelin 23-də Türkiyədən istedadlı musiqiçi ailəsi, Azərbaycan musiqisini ölkəmizin hüdudlarından kənarda uğurla təmsil edən pianoçu, Əməkdar artist İslam Manafov və onun qızı – dirijor, bəstəkar və pianoçu, Əməkdar artist Turan Manafzadə “Güc birlikdədir” söyləyərək hamını evdə qalmağa səsləyiblər.
Aprelin 24-ü saat 20:00-da gənc fleyta ifaçısı Ağarəhim Quliyev Fransanın paytaxtı Parisdən, aprelin 25-i saat 21:00-də isə İspaniyanın paytaxtı Madriddən istedadlı skripkaçı Kamran Ömərli “Sənətinlə dəstəklə” aksiyasında öz ifalarını təqdim edəcəklər.
Konsertlər @bakimedeniyyetidaresi rəsmi “İnstagram” hesabından canlı yayımlanır. İzləyicilər sənətçilərlə birbaşa ünsiyyət qurrraq, onlara suallarını, istəklərini ünvanlaya biləcəklər.