Rumıniyanın “Agerpres” milli xəbər agentliyi ölkəmizin Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun Azərbaycanın dahi şairi Nizami Gəncəvi haqqında məqaləsini yayıb.

Məqalədə Nizami Gəncəvinin Azərbaycan, Şərq və dünya ədəbiyyatındakı yeri və mövqeyi, böyük şairin həyatı, yaradıcılığı haqqında ətraflı məlumat verilir. Şairin adı və ləqəbi, doğum tarixi və yeri, valideynləri və qohumları, təhsili barədə söhbət açılır. Nizami Gəncəvinin “Xəmsə”si və farsca divanı haqqında da məlumat verilir.