C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Dərs” bədii filmi iyunun 23-dən iyulun 2-dək keçiriləcək 34-cü Münxen kinofestivalının uşaq filmləri (“Kinderfilm”) bölümündə nümayiş etdiriləcək. Kinostudiyadan bildirilib ki, filmin nümayişi iyunun 27-si və 30-da baş tutacaq.
2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınan filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar