Xəbər verildiyi kimi, Mədəniyyət Nazirliyinin rəsmi “İnstagram” səhifəsində (culture.gov.az) kitabsevərlər üçün müsabiqə elan olunmuşdu. Aprelin 23-dək davam edən müsabiqənin qalibləri məlum olub.
#evdəqal #sağlamqal #kitaboxu həştəqi ilə “Give away” – “İştirak et, kitab qazan” adlı müsabiqədə üç oxucu Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan və internet məkanında yerləşdirilməyən kitablar (PDF formatı) əldə ediblər.
Müsabiqədə təkcə vətəndaşların şəxsi səhifələri deyil, regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin “İnstagram” səhifələri də iştirak edib.
1-ci yer: Çingiz Abdullayevin “Soyuqdan dönməyən casuslar” kitabı.
2-ci yer: Aqata Kristinin “Mesopotamiyada qətl” kitabı.
3-cü yer: Mark Levinin “Bəlkə də bu, həqiqətdir” kitabı ilə mükafatlandırılıb.
Kitablar PDF formatda qaliblərin elektron ünvanlarına göndərilib.
Lalə AZƏRİ