Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının nəzdində fəaliyyətə başlayan “Vikipediya” qrupu tərəfindən ilk azərbaycanlı qadın kinorejissor, ssenarist Qəmər Salamzadə (1908-1994) və Yaxın Şərqdə ilk qadın təyyarəçi Leyla Məmmədbəyova (1909-1989) haqqında məqalələr yaradılıb.

Material assosiasiyanın “Vikipediya” qrupu ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” könüllüləri arasında əməkdaşlıq çərçivəsində hazırlanıb. İtalyanca “Vikipediya”da yerləşdirilən məqalələrdə öz sahələrində ilklərə imza atmış iki xanımın həyatı və fəaliyyəti haqqında maraqlı məlumatlar verilib.