Rejissor Asif Rüstəmovun “Axınla aşağı” bədii filmi mayın 21-də Avstriyada 6-cı Vyana inteqrasiya həftəsi çərçivəsində nümayiş etdiriləcək.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, nümayiş “LET’S CEE” beynəlxalq film festivalı tərəfindən təşkil olunur. “LET"S INTEGRATE!” filmlər silsiləsi Mərkəzi və Şərqi Avropa istehsalı olan filmlərin nümayişini həyata keçirir və “Axınla aşağı” bədii filmi bu il regiondan seçilən 6 film siyahısına daxil edilib.
Xatırladaq ki, “Axınla aşağı” filmi 2015-ci ildə “LET’S CEE” beynəlxalq film festivalında “İddialı debüt” müsabiqə proqramında mükafata layiq görülüb.
2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsal olunan filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırıblar.

* * *
Rejissor Şamil Əliyevin “Çölçü” filmi isə Rumıniyanın Buxarest şəhərində keçiriləcək beynəlxalq kinofestivalda nümayiş olunacaq.
20-25 mayda keçiriləcək festival “PAMANTENİ” Birliyi və “Black Sea Arts”ın təşkilatçılığı ilə baş tutacaq. Doqquz ölkənin filmlərinin nümayiş olunacağı kinofestivalın məqsədi dünya xalqlarının mənəvi və mədəni dəyərlərini təbliğ etməkdir.
Qeyd edək ki, “Çölçü” indiyədək 20-dən çox festival və kinoforumda iştirak edib, bir neçə mükafat və diploma layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar