Fransanın Kolmar şəhərində tibb işçilərini dəstəkləmək məqsədilə təşkil olunmuş onlayn konsertdə 13 musiqiçi arasında azərbaycanlı bəstəkar və vokalist İlahə Ahui də iştirak edib.

Konsert NRJ radiosunun rəhbərlərindən olan Paskal Veillin təşəbbüsü ilə “Bizə kömək  edənlərlə həmrəylik” adlı qrup tərəfindən təşkil edilib.

İlahə Ahui konsertdə görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin “Lirik mahnı”sını və bir sıra xarici musiqilər ifa edib.

Kolmar şəhərinin konservatoriyasında dirijorluq və vokal sinfində təhsil alan İlahə Ahui yerli xor qruplarına dirijorluq edir, Azərbaycan mahnılarını və öz bəstələrini səsləndirir.